“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında “Atletiko”ya (İspaniya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib. Matc.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Klopp, “Atletiko” komandasının oyun üslubunu bəyənmədiyini deyib:
 
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone hər şeyi düz edir. O, İspaniya La Liqasının son qalibidir və uzun müddətdir ki, komandayla çalışır. Simeone “Atletiko”nun daha yaxşı olması üçün mübarizə aparır. Ona hörmətlə yanaşıram.
 
“Atletiko”nun oyun üslubunu çox da bəyənmirəm. Bunun səbəbi mənim fərqli üslublara olan marağımdır. “Atletiko” üçün əsas olan nəticədir və bunu da əldə etməyi yaxşı bacarırlar”.
 
Bu gün keçiriləcək “Atletiko” – “Liverpul” matçı saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest