Türkiyənin "Bursaspor" komandasında bu mövsüm ən faydalı oyunçuların siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov vurulan qollara ən çox töhfə vermiş ikinci oyunçudur.
	Aktivində 3 məhsuldar ötürmə olan 26 yaşlı futbolçu yalnız Massimo Brunodan geri qalır. Belçikalı vinger indiyədək 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
	Bu yay "Neftçi"dən transfer olunan Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.
				
         	
                                             
               
            
 










