"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi məğlubiyəti şərh edib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Maraqlı oyuna şahidlik etdik. Əvvəlcə də bildirmişdim ki, iki eyni səviyyədə olan komandalar qarşılaşacaq. Çox söz danışmağa ehtiyac yoxdur. Futbolçularım xarakter nümayiş etdirdilər. Konfrans Liqasının oyununa hazırlaşacağıq. Sadəcə 120 dəqiqə oyun biraz həddindən çox oldu və yorucu idi. Futbolçularımız buna tam hazır deyildilər".

Qeyd edək ki, ÇSKA və "Qarabağ" komandaları arasında baş tutan hər iki görüşdə hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq çıxış edən (5:4) Bolqarıstan klubu növbəti mərhələyə adlayıb.

Ağdam təmsilçisi isə mübarizəni UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest