"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə turnirin pley-offunda güclülər səbətində yer alacaq.

Turnirin III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq "Qarabağ" rəqibini üstələyə bilsə, pley-off mərhələsində səpələnmişlər sırasında qərarlaşacaq.

Qurban Qurbanovun komandasının potensial rəqibləri arasında İspaniyanın "Hetafe" klubu yer alır.

Digər potensial rəqiblər isə Konfrans Liqasının III təsnifat mərhələsinin "Riyeka" (Xorvatiya) – "İlves" (Finlandiya), ÇFR (Rumıniya) – "Tromsö" (Norveç), HİK (Finlandiya) – "Moteruell" (Şotlandiya), "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya), RFS (Latviya) – "Yablonets" (Çexiya), "Brann" (Norveç) – "Apollon" (Kipr), "Jalgiris" (Litva) – "Hayduk" (Xorvatiya), "Şkendiya" (Şimali Makedoniya) – "Hibernian" (Şotlandiya), "Avstriya" (Avstriya) – "Beytar" (İsrail), GKS (Polşa) – "Hapoel" (Tel-Əviv, İsrail), "Vaduts" (Lixtenşteyn) – "İnter" (Finlandiya), "Norşellann" (Danimarka) – "Valyur" (İslandiya) və "Auda" (Latviya) – "Dinamo" (Tirana, Albaniya) cütlüklərinin qalibləridir.

Bundan başqa, Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaq "Benfika" (Portuqaliya) – "Harts" (Şotlandiya), "Beşiktaş" (Türkiyə) – "Hradets-Kralove" (Çexiya), "Ferensvaroş" (Macarıstan) – "Qurnik" (Polşa) və "Makkabi" (Tel-Əviv, İsrail) – SSKA (Bolqarıstan) cütlüklərinin məğlub tərəfləri də "Qarabağ"ın pley-offdakı potensial rəqibləri siyahısındadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest