"Napoli" "Çelsi"nin mərkəz müdafiəçisi Benua Badiaşilin transferi üzərində işləyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.

Bildirilir ki, neapollular London klubu ilə 25 yaşlı fransalı futbolçunun satınalma variantı ilə icarəyə götürülməsi barədə razılığa gəlməyə çalışırlar.

Transfer sövdələşməsinin dəyəri 20-23 milyon avro təşkil edə bilər. Müdafiəçi bu keçidə razılıq verib.

Badiaşil 2023-cü ilin yanvarından, Fransanın "Monako" klubundan transfer olunduğu vaxtdan bəri İngiltərə komandasında çıxış edir. Transfer olunduğu vaxtdan etibarən o, "Çelsi"nin heyətində 71 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yaddaqalan olub.

Onun londonlularla hazırkı müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı fransalı müdafiəçinin dəyərini 15 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest