UEFA-nın artıq öz dünya çempionatı versiyasını işə salmaq üçün istifadə edilə biləcək planları var.
UEFA-nın artıq öz dünya çempionatı versiyasını işə salmaq üçün istifadə edilə biləcək planları var.
Matc.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Bildirilir ki, belə bir imkan UEFA-nın FIFA-nın turnir hüquqlarının bir hissəsini özəl investorlara satmaq istəyinə görə dünya çempionatını boykot etməyə hazır olması fonunda yaranıb.
Diqqətçəkən məqam budur ki, daha əvvəl Avropa Futbol Assosiasiyaları İttifaqı artıq regional seçmə mərhələlərdən sonra 8 komandanın iştirakı ilə final turnirlərindən ibarət Qlobal Millətlər Liqasının formatını hazırlayıb. İlkin olaraq UEFA bu cür final mərhələlərini nə Avropa çempionatı, nə də dünya çempionatı olmayan tək illərdə keçirməyi planlaşdırırdı.
Planlar 2017-ci ildə yaradılsa da, FIFA prezidenti Canni İnfantinonun genişləndirilmiş klublararası dünya çempionatının işə salınmasında israr etməsi səbəbindən reallaşmamışdı.
Konsepsiya bir deyil, yeddi final turnirinin keçirilməsini nəzərdə tuturdu. Onların hər biri reytinqə uyğun olaraq müxtəlif divizionlarda 8 komandanı əhatə etməli idi. Bunlar müxtəlif ölkələrdə keçirilən və birbaşa 1/4 finaldan başlayan mini dünya çempionatları olacaqdı.
Hər divizionda üç Avropa, iki Cənubi Amerika, hərəsindən bir olmaqla Afrika, Asiya və Şimali Amerika komandası yer almalı idi. Okeaniya Futbol Konfederasiyasından (OFC) isə reytinqdə yalnız dördüncü divizionda bir yığma təmsil olunacaqdı.
Sonda 2018-ci ildə yalnız Avropada tətbiq edilən Millətlər Liqasının formatı UEFA zonasında seçmə mərhələ yolu kimi istifadə edilməli idi.













