Fransanın PSJ klubu futbolçusu Serxio Ramosla yollarını ayıra bilər. Matc.az xəbər verir ki, Paris təmsilçisi uzun müddətdir zədəli olan və komandayla hələ oyuna çıxmayan müdafiəçinin müqaviləsini ləğv etmək istəyir. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
 
Ramos bu yay "Real"dan ayrılaraq PSJ ilə müqavilə imzalayıb. Lakin o, Paris təmsilçisinə gələndən bəri zədədən əziyyət çəkir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest