10 May 2025, 13:02
FUTBOL
"Mançester Siti" "Flamenqo"nun 21 yaşlı sağ cinah müdafiəçisi Uesli França ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Pablo Oliveyra məlumat verib.
Bildirilir ki, ingilis klubu braziliyalı futbolçunun alınması ilə bağlı artıq danışıqlara başlayıb. "Flamenqo" Ueslinin transferi üçün 45 milyon avro istəyir.
Qeyd edək ki, bu mövsüm müdafiəçi bütün turnirlərdə 19 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Müdafiəçinin klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna kimidir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 25 milyon avrodur.