10 May 2025, 12:54
FUTBOL
Xabi Alonso "Real"a təyin olunduqdan sonra müqavilə imzalamaq istədiyi iki futbolçunu Madrid klubu rəhbərliyinə bildirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.
Bildirilir ki, Alonso "Real Sosyedad"ın 26 yaşlı yarımmüdafiəçisi Martin Zubimendi və "Bayer"in 29 yaşlı mərkəz müdafiəçisi Conatan Tanın xidmətində maraqlıdır.
Subimendinin "Arsenal"a keçmək üçün müqaviləsi olduğundan "Kral klubu"nun onu almasının problemli olacağı vurğulanır. Lakin futbolçunun özü "Real" oyunçusu olmaq arzusunu bildirsə, vəziyyət dəyişə bilər.
Daha çox ehtimal olunan seçim Tanın ispan nəhənglərinə gəlməsidir, çünki onun "Bayer" ilə müqaviləsi gələn ilin yayında başa çatır, buna görə Madrid klubu onu pulsuz imzalaya bilər.