10 May 2025, 10:46
FUTBOL
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
Matc.az xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Binə stadionunda təşkil olunan oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları 44-cü dəqiqədə Ömər Kosayev və 59-cu dəqiqədə Ruslan Quliyev vurublar.