10 May 2025, 15:06
FUTBOL
"Vulverhempton"un baş məşqçisi Vitor Pereyra Premyer Liqada aprel ayının ən yaxşı məşqçisi seçilib.
Matc.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
56 yaşlı portuqaliyalı karyerasında ilk dəfə bu mükafatı alıb. Apreldə "Vulverhempton" 5 qarşılaşmanın 5-də də qələbə qazanıb.
Qeyd edək k, Unay Emeri ("Aston Villa"), Pep Qvardiola ("Mançester Siti"), Eddi Hou ("Nyukasl") və Arne Slot ("Liverpul") da mükafata namizəd olublar.