Bellinqem çiynindən əməliyyat olunduqdan sonra qarşıdakı mövsümün başlanğıcını buraxa bilər.

"Real"ın hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqem çiynindən əməliyyat olunduqdan sonra qarşıdakı mövsümün başlanğıcını buraxa bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, hazırda ingilis futbolçunun dəqiq nə vaxt əməliyyat olunacağı məlum deyil. Əgər bu, klublararası dünya çempionatı başlamazdan əvvəl baş verərsə, o zaman yeni mövsümünün ilk oyunlarına kimi bərpa olunacağı ehtimalı var. Lakin əməliyyat "Real"ın yarışda iştirakı başa çatdıqdan sonra baş tutsa, böyük ehtimalla Bellinqhem sentyabra kimi meydançaya qayıtmayacaq.

Qeyd edək ki, Bellinqem 2023-cü ilin noyabrından "Rayo Valyekano" ilə matçda zədələndiyi üçün çiynindəki zədədən əziyyət çəkir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest