“Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov klubun rəsmi saytına açıqlama verib. Matc.az xəbər verir ki, Premyer Liqanın 12-ci turunda qarşılaşacaqları “Neftçi” ilə oyun barədə fikirlərini açıqlayan yarımmüdafiəçi qələbəyə inamlı olduqlarını bildirib:
 
“Nəticələrimiz pis olsa da, hər oyuna olduğu kimi, bu oyuna da qələbə əzmi ilə çıxacağıq. Çətin olduğunu bilsək də, həmişə bacaracağımıza inanırıq”.
 
Qarəhmədov 2018/19-cu il mövsümündə (24.02.2019) “Neftçi”yə səfərdə 2:1 hesabıyla qalib gəldikləri oyunda vurduğu qol barədə də fikirlərini bildirib: “Neftçi”yə vurduğum qolun karyeramda xüsusi yeri var və artıq üstündən üç il keçib. Məncə, yeni qolun vaxtı gəlib çatıb”.
 
Noyabrın 27-də keçiriləcək “Neftçi” - “Səbail” matçına saat 18:15-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest