"Çelsi" "Kristal Pelas"ın mərkəz müdafiəçisi Maksans Lakruanın transferi barədə razılığa gəlib.

Matc.az xəbər verir ki, Fransa millisinin 26 yaşlı futbolçusunun transfer məbləği təxminən 52 milyon funt-sterlinq təşkil edəcək.

Oyunçu bu gün "Çelsi" üçün tibbi müayinədən keçəcək və daha sonra klubla 6 illik müqavilə imzalayacaq.

Ötən mövsüm Lakrua Premyer Liqada 35 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

2024-cü ildə "Kristal Pelas" Lakruanı "Volfsburq"dan 18 milyon avroya transfer etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest