"Sassuolo" klubunun və Avstraliya millisinin yarımmüdafiəçisi Kristian Volpato narkotik testindən keçə bilməyib və onun kokain istifadə etdiyi müəyyən olunub.
Matc.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə Volpatonun 2026-cı il dünya çempionatındakı çıxışından sonra tətilini keçirdiyi Sidney şəhərində baş verib. O, idarə etdiyi avtomobillə icazə verilən 60 km/saat sürət həddini aşaraq 109 km/saat sürətlə hərəkət etdiyi üçün yerli polis tərəfindən saxlanılıb.
Volpato test verməli olub və onun orqanizmində kokain aşkar edilib. 22 yaşlı idmançının bədənində alkoqol tapılmayıb. Yarımmüdafiəçinin sürücülük vəsiqəsi artıq 6 aylıq müsadirə olunub.
Faktla bağlı araşdırma davam edir. Volpatonun klubu "Sassuolo" hələlik məsələ ilə bağlı heç bir bəyanat verməyib.
Volpato Avstraliya millisinin heyətində 4 oyun keçirib ki, bunlardan da 3-ü avstraliyalıların 1/16 finalda Misirə uduzaraq mübarizəni dayandırdığı dünya çempionatına təsadüf edib.













