Sofiya təmsilçisi ÇSKA UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi cavab qarşılaşmasının biletlərini bu gün satışa çıxarıb.
Sofiya təmsilçisi ÇSKA UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi cavab qarşılaşmasının biletlərini bu gün satışa çıxarıb.
Matc.az xəbər verir ki, bu barədə Bolqarıstan klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, azarkeşlər biletləri onlayn platformalarla yanaşı, oyunun baş tutacağı "Vasil Levski" stadionunun kassalarından və klubun rəsmi mağazasından da əldə edə bilərlər.
Qiymətlər sektorlardan asılı olaraq 12 avrodan başlayır və 100 avroya qədər yüksəlir.
İlk matçı qolsuz heç-heçə ilə başa çatan komandaların iyulun 30-da Sofiyada keçiriləcək cavab duelinin qalibi növbəti mərhələdə "Şerif" (Moldova) - "Makkabi" (Tel-Əviv, İsrail) cütünün güclüsü ilə qarşılaşacaq.













