24 İyul 2026, 10:40
FUTBOL
"Fənərbaxça" "Milan"ın vingeri Rafael Leaunun transferində maraqlıdır.
Matc.az xəbər verir ki, Türkiyə klubu Portuqaliya millisinin futbolçusunun keçidi üçün 40 milyon avro təklif edə bilər, bonuslarla birlikdə isə bu məbləğ 50 milyon avroya qədər yüksələ bilər.
Hücumçuya illik sabit maaşı 8 milyon avro olmaqla 5 illik müqavilə təklif olunur. Müqavilədə bonuslar da nəzərdə tutulub: 20-dən çox oyunda iştiraka görə 1,5 milyon avro, 15 qola görə 1,5 milyon avro və Türkiyə çempionatında qələbəyə görə 1 milyon avro.
Ötən mövsüm Leau A Seriyasının 29 matçında 9 qol vurub və 3 məhsuldar ötürmə edib.













