UEFA Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz "Sabah"ın turnirdə uğursuzluqla üzləşəcəyi təqdirdə UEFA Avropa Liqasındakı potensial rəqibi müəyyənləşib.

UEFA Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz "Sabah"ın turnirdə uğursuzluqla üzləşəcəyi təqdirdə UEFA Avropa Liqasındakı potensial rəqibi müəyyənləşib.

Matc.az xəbər verir ki, UEFA-nın mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilir ki, turnirin 2-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"a uduzacağı halda yoluna Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam edəcək paytaxt klubu "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya Krayova" (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.

Püşkün nəticəsinə əsasən, təmsilçimiz bu turnirə düşəcəyi təqdirdə ilk oyunlarını öz meydanında, cavab görüşünü isə səfərdə keçirəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında bu mərhələnin matçları avqustun 6-sı və 13-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest