Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Macarıstanın "Peç" komandası ilə qarşılaşıb. Səkkiz qolun qeydə alındığı oyun Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
 
"Zirə" Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt klubu yanvarın 20-də Polşanın "Qurnik" (Leçna), 24-də isə Şimali Makedoniyanın "Breqalniça" klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.
 
Yoxlama oyunu
13 yanvar
 
Zirə – Peç 3:5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest