14 Yanvar 2022, 21:22
DÖYÜŞ NÖVLƏRİ
Türkiyənin Antalya şəhərində 20 ölkədən 300 cüdoçunun iştirakı ilə baş tutan təlim-məşq toplanışına yekun vurulub. Matc.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkil etdiyi təlimlərdə cüdo üzrə Azərbaycan millisi 36 nəfərlik heyətlə iştirak edib.
Təlim-məşq toplanışının əsas məqsədi 28-30 yanvar tarixlərində Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə qran-pri və 5-6 fevral tarixlərində Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirinə hazırlıqdır.