Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, videokonfrans formatında təşkil olan toplantıda aparılan müzakirələrdən sonra aşağıdakı bəzi qərarlar qəbul olunub.

Belə ki,  AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub.

 Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibi təsdiq edilib. Vəli Qasımovun sədr olduğu Fondun üzvləri Fəxrəddin Manafov, Asim Xudiyev, Yunis Hüseynov, Qənirə Paşayeva, Sona Abbasova, Anar Həsənov, Rüstəm Əfsərli və Şaiq Qəribzadə seçilib.

AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, futbol veteranları Tofiq Məmmədov (Gəncə), Nazim Mehrəliyev (Ağdam) və Hafiz Əliyevə (Naxçıvan) AFFA-nın təqaüdü veriləcək.

Ardından AFFA-nın 30 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi təsdiq olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest