09 May 2025, 14:31
FUTBOL
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Matc.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister ötən ayın ən yaxşısı seçilib.
Argentinalı futbolçu sorğuda Rayan Ait-Nuri, Jorgen Larsen (ikisi də "Vulverhempton"), Harvi Barns, Ceykob Merfi (ikisi də "Nyukasl"), Morqan Rocers ("Aston Villa") və Rayan Sessenyonu ("Fulhem") qabaqlayıb.
Qeyd edək ki, Aleksis Mak Allister aprel ayında Premyer Liqada 5 oyuna çıxıb, 2 qol və 1 qol ötürməsi ilə yadda qalıb.