Aymerik Laport yayda "Əl-Nəsr"dən ayrılmağı düşünür.

Matc.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, ispan müdafiəçi karyerasını Türkiyədə davam etdirə bilər. "Fənərbaxça" Laportu transfer etmək istəyir.

İstanbul klubu 30 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlayacaq. Təcrübəli futbolçu ilə Fransanın "Marsel" klubu da maraqlanır.

Qeyd edək ki, "Əl-Nəsr" Aymerik Laportu 2023-cü ilin yayında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest