08 May 2025, 22:55
FUTBOL
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland komandanın uğursuz mövsüm keçirməsi barədə danışıb.
Matc.az xəbər verir ki, norveçli forvard yaxşı performans göstərə bilmədiklərini bildirib:
"Təbii ki, zədələri bəhanə etmək olar. Rodri kimi vacib oyunçumuz çətin anlarda bizimlə deyildi. Amma həqiqət budur ki, kifayət qədər yaxşı performans göstərə bilmədik. Mən özüm də yaxşı deyildim. Komandama kifayət qədər kömək edə bilmədim".
Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizəni dayandırıb. "Şəhərlilər" Premyer Liqada isə 35 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.