19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirib. Matc.az xəbər verir ki, komandamız Xorvatiyada keçirilən qrup oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.
 
Bakı vaxtı ilə saat 20:00-da başlayan matç Azərbaycan futzalçıları üçün uğursuz bitib. Xorvatlar bu görüşdə darmadağına seviniblər. Azərbaycan yığmasının yeganə qolunu ikinci hissədə Nazim Rəhimov vurub.
 
Komandamız növbəti matçını sabah Latviyaya qarşı keçirəcək.
 
Aç-nin seçmə mərhələsi
7-ci qrup
17 mart
 
Azərbaycan – Xorvatiya 1:6
Hakimlər: Pablo Delqado Sastre (İspaniya), Mixael Lima De Sousa (Lüksemburq), Talqat Kosmuxambetov (Qazaxıstan).
Karlovaç. "Mladost Arena".
 
Azərbaycan: 12. Azər Fərmanov, 2. Novruz Kazıxanov, 4. Nazim Rəhimov, 5. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 1. Zaur Sultanov, 3. Fariz Mehralıyev, 6. Mirzə Əmirov, 8. Mikayıl Qiyasov, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov, 13. Fuad Məmmədzadə (k).
Baş məşqçi: Ağatahir Əzimov.
 
Xorvatiya: 1. Mate Vrdolyak, 6. Lovro Cigler, 9. Dominik çiçiç, 10. Romeo Suşac (k), 13. Filip Yosipoviç, 12. İvan Vukosav, 4. Toni Borçiç, 5. Duye Dragiçeviç, 7. Domaqoy Durkoviç, 8. Danis Hrqota, 11. Yosip Qovorko, 14. Qabriyel Lasiç.
Baş məşqçi: Duye Maretiç.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest