Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela"da baş məşqçi dəyişikliyi olub. Matc.az klubun saytına istinadən xəbər verir ki, Pako Ayestaranla yollar ayrılıb, onu Nuno Kampos əvəzləyib.
 
Portuqaliyalı mütəxəssislə bu mövsümün sonunadək müqavilə imzalanıb.
 
"Tondela" Portuqaliya çempionatında 21 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest