Futbol üzrə Latviya millisinin Küveyt və Azərbaycan yığmalarına qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.

Futbol üzrə Latviya millisinin Küveyt və Azərbaycan yığmalarına qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb. Matc.az Latviya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Daynis Kazakeviç 24 futbolçuya dəvət göndərib.
 
Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 11-i yarımmüdafiəçi, 2-si isə hücumçudur.
 
Latviya yığması martın 25-də Küveytlə, martın 29-da Azərbaycan seçməsi ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək.
 
Qapıçılar
 
1. Pavel Steinbor - "Yagelloniya" (Polşa)
2. Robert özol - "Riqa"
3. Rixard Matreviç - "Valmiera"
 
Müdafiəçilər
 
4. Antoni çernomordı - "Riqa"
5. Mark Oş - "Spartak" (Yurmala)
6. Kaspar Dubra - RFS
7. İqor Tarasov - "Ethnikos" (Kipr)
8. Robert Savavnyek - "Liepaya"
9. Emil Birka - "Valmiera"
10. Vladislav Sorokin - RFS
11. Daniel Balodis - "Valmieras"
 
Yarımmüdafiəçilər
 
12. Eduard Emsis - "Laxti" (Finlandiya)
13. Andrey Tsıqanik - "Dunayska Streda" (Slovakya)
14. Kriş Karklin - "Liepaya"
15. Alvis Jaunzem - "Valmiera"
16. Vladimir Kamış - "Riqa"
17. Renar Varslavan - RFS
18. Martinz Kiqur - "Liepaya"
19. Aleksey Savelyev - "Auda"
20. Krister Tober - "Lexiya" (Qdansk, Polşa)
21. Daniel Ontuzan - "Frayburq II" (Almanya)
22. Yanis İkaunyek - "Kuopio Palloseura" (Finlandiya)
 
Hücumçular
 
23. Vladislav Qutkovski - "Rakuv" (Polşa)
24. Raymond Krollis - "Valmiera"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest