"Neftçi" Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qəbələ"ni qəbul edəcək. Matc.az xəbər verir ki, bu oyun "Neftçi"nin yaranmasının 85 illik yubiley gününə təsadüf edəcək.
 
Bu üzdən də paytaxt klubu belə bir tarixi gündə bütün azarkeşlərinə müraciət ünvanlayıb.
 
Müraciətdə bunlar qeyd olunub: "Atalarımızın sevgisini övladlarımıza tarixi günümüzdə ötürək: Sabah hər birinizi övladlarınızla birlikdə "Bakcell Arena"da gözləyirik!"
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest