Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli yeni klubu "Torpedo"da debüt edib

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli yeni klubu "Torpedo"da debüt edib. Matc.az xəbər verir ki, 31 yaşlı qolkiper Rusiya Super Liqasının 1/4 final mərhələsinin ikinci oyunu olan "Qazprom Yuqra" ilə matçda heyətdə yer alıb. Debüt uğursuz alınıb. "Torpedo" 3:8 hesabı ilə uduzub.
 
lk qarşılaşmada "Torpedo" 5:3 hesabı ilə qalib gəlmişdi. Hazırda komandalar arasında ümumi hesab 1:1-dir. Həlledici qarşılaşma aprelin 2-də baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest