20 Noyabr 2024, 13:37
FUTBOL
Fernandu Santuşun komandası Bosniya və Herseqovina ilə eyni göstəricini təkrarlayıb.
Azərbaycan millisi Millətlər Liqasının cari mövsümündə ən çox qol buraxan ikinci komandadı. Matc.az xəbər verir ki, yığmamız 6 oyunda ümumilikdə 17 dəfə mərkəzə dəvət edilib.
Fernandu Santuşun komandası Bosniya və Herseqovina ilə eyni göstəricini təkrarlayıb. Turnirdə ən çox qol buraxan yığma isə Cəbəllütariqdi (18 qol).
Qeyd edək ki, millimiz Millətlər Liqasının cari mövsümündə yalnız Estoniya ilə Qəbələdəki qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.