"Sportinq"in üzvü 12 ildən sonra İsveç millisində bir görüşdə poker edən oyunçu kimi tarixə düşüb.

Millətlər Liqasında Azərbaycan yığması üzərindəki 6:0 hesablı qələbə İsveç millisinin hücumçusu Viktor Dyekereş üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 26 yaşlı forvard bu görüşdə həmyerlisi Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.

Dyekereş bunu yığmamızın qapısından 4 top keçirməklə bacarıb. "Sportinq"in üzvü 12 ildən sonra İsveç millisində bir görüşdə poker edən oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, İbrahimoviç 2004-cü ildə DÇ-2006-nın seçmə mərhələsində Maltanın, 2012-ci ildə isə yoldaşlıq görüşündə İngiltərənin qapısından 4 top keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest