"Napoli" mövsümün sonunda sol cinah oyunçusu Xviça Kvaratsxeliyanı klubdan göndərə bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. xəbər verir.
Bildirlir ki, 2027-ci ilin yayında gürcü yarımmüdafiəçinin müqaviləsi başa çatır və tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilmirlər. Kvaratsxeliya ildə 8 milyon avro istəyir, neapollular isə cəmi 6 milyon avro ödəmək niyyətindədir.
Xviça həmçinin təzminat məbləğinin 130 milyon avrodan 80 milyona endirilməsində israrlıdır.
Əgər klub və futbolçu ilə razılıq əldə etməsə, o zaman 2025-ci ilin yayında neapollular özləri oyunçunu satmaq qərarına gələcək.
Bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 14 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.