Milli komandalar arasında media üzrə dünya çempionatının finalı “Yuventus” stadionunda keçiriləcək. Matc.az xəbər verir ki, bununla bağlı razılıq əldə olunub.
Bu həftə İtaliya Krallar Liqasının elanı baş tutub. Həmin elan media futbol turnirinin yaradıcısı Jerar Pike və İtaliya üzrə filialın prezidenti Zlatan İbrahimoviç tərəfindən edilib. 2025-ci ilin yanvarında baş tutacaq Kral Dünya Çempionatına İtaliya ev sahibliyi edəcəyi açıqlanıb.
Turnirin final oyununa “Yuventus”un doğma arenası olan və 41 min tamaşaçı tutumlu “Allianz” stadionu ev sahibliyi edəcək. Mundialın 8 iştirakçısı da artıq məlumdu. Bunlar İspaniya, İtaliya, Meksika, Argentina, Kolumbiya, Yaponiya, Səudiyyə Ərəbistanı və Mərakeşdi.
Vinisius Junior, Lamin Yamal kimi ulduz futbolçular media üzrə dünya çempionatının təbliğatında iştirak edəcəklər.