“Bayer”in yarımmüdafiəçisi Florian Virts karyerasını “Mançester Siti”də davam etdirmək istəyir. Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi transfer üçün “şəhərlilər”dən 120 milyon avro istəyəcək.

21 yaşlı almaniyalı Premyer Liqa klubunda müqaviləsi mövsümün sonuna qədər olan Kevin De Bruyneni əvəz edə bilər. Onunla “Real” və “Bavariya” da maraqlanırdı. Ancaq ulduz futbolçu həmin klubların təklifini rədd edib.

Qeyd edək ki, Florian Virts bu mövsüm bütün turnirlərdə keçirdiyi 23 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest