21 Noyabr 2024, 11:13
FUTBOL
İspaniya millisi ilə AVRO-2024-ün qalibi olan, “Qızıl top” mükafatını qazanan “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “İnter Mayami”nin kapitanı Lionel Messi barədə fikirlər səsləndirib. Matc.az xəbər verir ki, ispaniyalı futbolçu argentinalı superulduzu dünyanın ən yaxşısı hesab edir.
“Heç bir şübhəm yoxdu ki, Messi tarixin ən yaxşısıdı. Kriştiano fitri istedadı olmadan Messi ilə bərabər səviyyədə oynaya bildi. Amma onlara qarşı oynayanlar hər şeyi fərqi anlayırlar. Kriştianonun cərimə meydançasına daxil olmasını istəmirdik. Çünki orada ölümcül idi. Amma Messi meydanın hər nöqtəsində olurdu”.
Qeyd edək ki, Rodri ötən mövsüm “Mançester Siti”nin heyətində 50 oyunda 9 qol vurub, 14 məhsuldar ötürmə verib.