"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatan Pep Qvardiola qərarını verib. İspan məşqçi Premyer Liqa klubunda qalacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Qvardiola "şəhərlilər"in 1+1 illik sözləşmə təklifini qəbul edib. Qarşıdakı günlərdə rəsmi imza mərasimi təşkil olunacaq. Baş məşqçinin köməkçiləri ilə də müqavilə müddəti uzadılacaq.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ilin iyul ayında "Mançester Siti"nin baş məşqçisi təyin olunub. Komanda 53 yaşlı mütəxəssisin rəhbərliyi altında 6 dəfə İngiltərə çempionu olub, 1 dəfə Çempionlar Liqasını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest