“Barselona”nın ötən ilin yayından təmir olunan “Nou Kamp” stadionuna dönüşü yubanır. Matc.az xəbər verir ki, İspaniya klubu bu ilin sonuna qədər doğma məkana qayıtmağa ümid edirdi.

Lakin geri dönüş tarixi təxirə salınıb. Kluba yanvarda “Nou Kamp”a dönməyin də mümkün olmadığını bildirib. Bu o deməkdi ki, “Valensiya”, “Atalanta” və “Alaves”lə ev matçları “Stadio Olimpiko”da keçiriləcək.

“Barsa” fevralın 16-na planlaşdırılan “Rayo Valyekano” ilə oyun üçün “Nou Kamp”a qayıtmağa ümid edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest