21 Noyabr 2024, 10:13
FUTBOL
Kosta Rikanın “Alahuelense” klubu gələn il keçiriləcək klublararası dünya çempionatında iştirak etmək istəyir. Matc.az xəbər verir ki, adıçəkilən komanda bununla bağlı FIFA-ya müraciət edib.
Ali futbol qurumu müraciəti müsbət cavablandırmasa, Kosta Rika təmsilçisi məhkəməyə şikayət edəcək. 30 qat ölkə çempionu hesab edir ki, tələb turnir qaydalarındakı uyğunluq prinsiplərinə əsasən olunub.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirdə 32 klub mübarizə aparacaq.