“Qol vurmaq həmişə xoşdu. Təbii ki, poker etməyimdən həzz aldım”. Matc.az xəbər verir ki, bu sözləri İsveç millisinin hücumçusu Viktor Dyökereş deyib.

“Sportinq”in forvardı UEFA Millətlər Liqasının 6-cı turunda Azərbaycan millisi ilə matçda 4 qol vurub. Poker edən futbolçu oyunla bağlı fikirlərini bildirib.

Viktor qeyd edib ki, növbəti görüşlərdə də eyni istəklə meydana çıxacaq: “Qarşıda çoxlu oyun var. İsveç millisi olaraq, eyni ruhda davam etməliyik. Azərbaycanla matç artıq mənim üçün geridə qaldı. İndidən oyunları düşünürəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest