13 May 2022, 08:08
ÇEMPİONLAR LİQASI
"Biz şoka düşdük. Çox pis hisslərdir, xoşagəlməzdir. Amma davam etməliyik. İndi komandamız İngiltərə çempionluğunu qazanmağa çalışır"
"Bunu izah etmək çox çətindir". Matc.az xəbər verir ki, bu sözləri "Mançester Siti"inin futbolçusu Kevin De Brüyne deyib. "Şəhərlilər"in belçikalı legioneri çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Madrid "Real"ına məğlubiyyətdən danışıb.
O bildirib ki, matçın son 5 dəqiqəsində baş verənləri izah etmək mümkün deyil: "Əslində, pis oynamadıq. Sadəcə, hər şey beş dəqiqə ərzində əldən çıxdı ki, bunu da izah etmək mümkün deyil. Nə baş verdiyini bilmirəm. Biz şoka düşdük. çox pis hisslərdir, xoşagəlməzdir. Amma davam etməliyik. İndi komandamız İngiltərə çempionluğunu qazanmağa çalışır".
Xatırladaq ki, çempionlar Liqasının yarımfinalında keçirilən iki oyunun yekununda "Mançester Siti" "Real"a uduzub. Mançesterdə baş tutan ilk görüşdə "şəhərlilər" 4:3 hesabı ilə qalib gəlib. Madriddəki cavab oyununda isə Qvardiolanın yetirmələri əlavə vaxtda məğlub olub – 1:3.