Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” klubu Monteneqro millisinin futbolçusu Marko Yankoviçi transfer edə bilər. Matc.az “news.middleeast” saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi İsrailin “Hapoel” (Təl-Əviv) klubundan ayrılmaq istəyən 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
 
“Köhlən atlar”ın futbolçunun keçidi üçün qarşı tərəfə 150 000 avro təzminat ödəyəcəyi iddia edilir.
 
Yankoviç ötən ilin yanvarından “Hapoel”də çıxış edir.
 
“Qarabağ”da hazırda Monteneqro millisinin bir üzvü – Marko Veşoviç forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest