"Neftçi"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kipr "Aris"i heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Limassol təmsilçisi İspaniyanın 3-cü liqasında çıxış edən "Marbelya" komandasından Karlos Espositonu transfer edib.
 
Bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 18 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Gənc forvard ötən mövsüm "Marbelya"nın U-19 komandasında 26 oyuna 16 qol vurub.
 
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest