Türkiyənin “Qalatasaray” komandasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Matc.az xəbər verir ki, bundan sonra İstanbul təmsilçisini Okan Burukun çalışdıracağı dəqiqləşib

Türkiyənin “Qalatasaray” komandasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Matc.az xəbər verir ki, bundan sonra İstanbul təmsilçisini Okan Burukun çalışdıracağı dəqiqləşib.
 
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə 2 illik (1+1 şərti ilə) müqavilə imzalanıb. Belə ki, Okan ilk mövsümündə 17 milyon TL qazanacaq. 2022/23 mövsümünün sonunda müqavilənin müddəti uzadılsa, təcrübəli mütəxəssisin növbəti mövsüm üçün qazancı 20 milyon TL təşkil edəcək.
 
Xatırladaq ki, Okan Buruk “Qalatasaray”ın yetirməsidir. O, 1991-2001 və 2006-2008-ci illər aralığında məhz bu komandanın formasını geyinib.
 
Okan məşqçilik karyerası ərzində “Elazığspor”, “Qaziantepspor”, “Sivasspor”, “Göztəpə”, “Akhisarspor”, “Rizəspor” kimi kollektivlərə rəhbərlik edib. Burukun son iş yeri “Başakşəhər” olub. O, 2019-2021-ci illər aralığında rəhbərlik etdiyi İstanbul təmsilçisinə 2019/2020 mövsümündə tarixinin ilk Türkiyə çempionluğunu yaşadıb. Okanın ondan əvvəlki ən ciddi uğuru isə 2017/18 mövsümündə isə “Akhisarspor”la Türkiyə kubokunun qalibi olmasıdır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest