Bu gün Misli Premyer Liqasında VII tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Kəpəz” Qəbələdə “Şamaxı”nı sınağa çəkib. Hesabı qonaqların açdığı bu oyunda Gəncə təmsilçisi əzmkar qələbəyə sevinib. Bu, sözügedən komandanın cari mövsümdəki ilk qələbəsi olub. Buna qədər “Kəpəz” bütün matçlarda məğlub olmuşdu.

Turun qapanış matçı isə “Zirə” ilə “Qarabağ” arasında baş tutub. Bu oyunda hesabı meydan sahibləri açıblar. Amma Ağdam təmsilçisi qalan dəqiqələrdə rəqib qapısından 7 qol keçirməklə əzmkar qələbə qazanıb.

Xatırladaq ki, daha öncə “Neftçi” səfərdə “Səbail”ə (2:0), “Sabah” evdə “Turan Tovuz”a (3:1), “Qəbələ” isə “Sumqayıt”a (1:0) qalib gəlib.

Misli Premyer Liqası
VII tur
18 sentyabr

“Kəpəz” – “Şamaxı” 2:1
Qol: A.Ayzaya, 47. A.Şuaybu, 60 – N.Quliyev, 5.
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 18:00.

Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 8. Tural Axundov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 17. Ümid Səmədov, 29. Rinat Quseynov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 83. Nihad Quliyev.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 76. Aleksandr Prikrostov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 22. Elçin Mustafayev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 18. Cəlal Hüseynov, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov.
Baş məşqçi: Vüqar Əsgərli.

“Zirə” – “Qarabağ” 1:7
Qol: C.Diniyev, 34 – T.Bayramov, 44. M.Qurbanlı, 56; 60; 79; 85. K.Borges, 64. R.Şedyayev, 68.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 20:30.

Zirə: 41. Anar Nəzirov (k), 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 32. Qismət Alıyev, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Qarabağ: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest