"Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında 5-ci tur çərçivəsində baş tutacaq ikinci oyun isə oktyabrın 27-də Fransada keçiriləcək.

Fransa Peşəkar Futbol Liqası (LFP) "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Nant"ı cəzalandırıb. Matc.az xəbər verir ki, buna "Nant" azarkeşlərinin Liqa 1-in 7-ci turu çərçivəsində baş tutan "Loryan"la səfər matçında (2:3) pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.
 
İntizam Komitəsinin qərarına əsasən, "Nant" qarşıdakı iki səfər qarşılaşmasında tərəfdarların dəstəyindən məhrum olacaq. Fanatlar oktyabrın 2-də "Monako", oktyabrın 9-da isə "Renn"lə görüşlərdə tribunaya buraxılmayacaq.
 
"Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında 5-ci tur çərçivəsində baş tutacaq ikinci oyun isə oktyabrın 27-də Fransada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest