"Fasilədən sonra daha yaxşı çıxış etdik, hətta bərabərik topunu da vurduq. Ancaq sonda uğursuz şəkildə ikinci qolu buraxdığımız üçün təəssüflənirik"

Slovakiya yığmasının futbolçuları Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən oyun barədə fikirlərini bildiriblər. Matc.az saytı xəbər verir ki, yarımmüdafiəçi Matuş Bero və debütant müdafiəçi Kristian Vallo 1:2 hesabı ilə məğlub olduqları görüşü dəyərləndiriblər:
 
Kristian Vallo: "Debütümə görə xoşbəxtəm. Amma qalib gəlmədiyimiz üçün məyusuq. Birinci hissədə sıx oynadıq, daha çox cinahlardan hücum qurmağa çalışdıq. Bir neçə şansımız oldu. Rəqib isə yeganə imkanı qola çevirdi. Fasilədən sonra daha yaxşı çıxış etdik, hətta bərabərik topunu da vurduq. Ancaq sonda uğursuz şəkildə ikinci qolu buraxdığımız üçün təəssüflənirik".
 
Matuş Bero: "Bu məğlubiyyət bizi incidir. İlk hissədə komandada lazımsız əsəb var idi. Hələ də yeni baş məşqçiyə və onun oyun üslubuna alışırıq. Buna daha çox vaxt lazımdı. İkinci hissədə özümüzü təqdim etmək istədiyimiz futbolu oynadıq".
 
Qeyd edək ki, son turda Slovakiya Belarusla, Azərbaycan isə Qazaxıstanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest