Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – 6-cı tur oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, 45 yaşlı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib:

- Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı. Bu komandanı güclü rəqib kimi tanıyırıq. Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klublar var. İstərdik ki, bizə də hörmət etsinlər.

- Sabah gəncləri meydana buraxacaqsız?
- Ola bilər. Son məşqdən sonra kimlərin oynayacağına qərar verəcəyik

- Qrupda sonuncu komanda sayılırdız. Amma qalib olduz…
- Bütün komandalarda yüksəliş və eniş olur. Qalib də gələ bilərik, məğlub ola da. Aşağı liqadan gəlmişdik, ancaq gücümüzü göstərdik. Bizi bütün ölkə dəstəkləyir. çox şadıq ki, buna nail olmuşuq. Nəyə qadir olduğumuzu növbəti oyunda göstərməyə çalışacağıq.

- Azərbaycan millisi 6 ildir Qazaxıstana qalib gələ bilmir. Sabah bunun əvəzini çıxmağa çalışacaqlar. Nə düşünürsüz?
- Hər komanda meydana çıxanda çox qol vurmaq istəyir. Bu, təbii haldır. Sabahkı oyunda kimin nəyə qadir olduğu görəcəyik.

- İlk oyunda Azərbaycana qalib gəlmişdiz, sonra yüksəlişiniz başladı. İndi isə rəqibiniz iki matçdır, qələbə qazanır. Azərbaycan millisinin oyun planında hansı dəyişikliklər diqqətinizi çəkir?
- Slovakiyaya qaşrı çox yaxşı oynadılar. Bu matçı Azərbaycan millisinin aktivinə yazmaq olar. Sistemdə fərqlər var. Son matçda Azərbaycan millisi birlik göstərdi. Bizimlə ilk matçda problemlər daha çox görünürdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest