Qətər dövlətinin futbol üzrə dünya çempionatının keçirilməsi üçün nə qədər pul xərclədiyi məlum olub. Matc.az xəbər verir ki, bu barədə mundialın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlama verib.
 
Əl-Nuaymi bildirib ki, Dç-2022 üçün 208 milyard avro xərclənib. O, bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu deyib:
 
"Yeni yollar, metro, hava limanı, otellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti Dç-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb".
 
Dç-2022 20 noyabr-18 dekabrda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest