İngiltərənin "Vulverhempton" klubu baş məşqçi Bruno Lajeni istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
 
Bruno və onun heyətinə klubda işləyərkən göstərdikləri bütün səylərə görə təşəkkür edilib və onlara uğurlar arzulanıb.
 
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Bu mövsüm "canavarlar" 8 matçda cəmi 1 qələbə qazanıb. Komanda 6 xal toplayıb və 18-ci pillədə qərarlaşıb. Halbuki, "Volverhempton" bu yay heyətini gücləndirmək üçün 100 milyon funt-sterlinq xərcləyib.
 
Komanda Premyer Liqada növbəti matçını oktyabrın 8-də rəqib meydanında "çelsi"yə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest