Almaniyanın Düsseldorf şəhərində təşkil olunan "VW Wolf Herbst CUP" turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, "Neftçi" PFK-nın U-11 komandası yarışın ikinci günündə 6 komandalı qrupda son üç oyununu keçirib.
 
Baş məşqçi Mahmud Əhmədovun yetirmələri Almaniyanın "Hessen Kassel" (0:1) və "Ayntraxt" (Dortmund) (3:4) klublarına məğlub olsalar da, "Ratingen"ə qalib gələrək (2:1) "Gold" qrupunda 12 komanda arasında 10-cu yeri tutublar.
 
Xatırladaq ki, yarışın ilk günündə Almaniya "Vuppeltaler"inə 4:1 hesabı ilə qalib gələn "Neftçi" bu ölkənin "Ratingen" (0:2), "Hannover" (1:2) və Belçikanın "Eupen" (2:6) klublarına məğlub olaraq "C" qrupunda 5 komanda arasında 4-cü yeri tutmuş, bununla da səviyyəcə "Champions"dan sonra ikinci olan "Gold" qrupunda mübarizə aparmaq hüququ qazanmışdı. Burada isə "Hamburq"a 0:3 hesabı ilə uduzan U-11 komandamız Almaniyanın başqa bir klubu "Paderborn"a 2:1 hesabı ilə qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest